Əsas Səhifə > Gündəm > Azərbaycanda iş vaxtı 1 saat qısaldılır

Azərbaycanda iş vaxtı 1 saat qısaldılır


19-03-2021, 13:11

 

İş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır.


Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) verilən məlumata görə, altıgünlük iş həftəsilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

Rəsmi məlumata görə, bu, qısaldılmış iş vaxtında işləyənlərə şamil edilmir.

Qeyd edək ki, sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır.


Şəffaflıq.az

Geri qayıt