Əsas Səhifə > Hadisə / Kriminal > Sevgilisi Pərvini maşında boğaraq öldürüb - Rəsmi açıqlama
Sevgilisi Pərvini maşında boğaraq öldürüb - Rəsmi açıqlama19-03-2021, 12:22 |
Baş Prokurorluq və DİN Gəncədə gənc qızın qətli ilə bağlı birgə məlumat yayıb. Mətbuat xidmətlərindən Şəffaflıq.az-a daxil olan məlumatda qeyd edilir ki, 19 fevral 2021-ci il tarixdə Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər"lə açılması təmin edilərək itkin düşmüş Pərvin Musayevanın qəsdən öldürülməsi müəyyən edilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az Geri qayıt |