Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > İlin əvvəlindən tikinti-quraşdırma işlərinə 1 milyard manatdan çox vəsait xərclənib
İlin əvvəlindən tikinti-quraşdırma işlərinə 1 milyard manatdan çox vəsait xərclənib17-03-2021, 21:16 |
2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda tikinti sektoru üzrə 561,8 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olub. Şəffaflıq.az-ın əldə etdiyi məlumata əsasən, tikinti sektoru üzrə ümumi daxili məhsul istehsalı üzrə dəyər 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azalıb. Ölkəmizdə tikinti materiallarının istehsalı isə 13,2 faiz artıb. Belə ki, bu dövrdə 82 milyon manatlıq tikinti materialları istehsal edilib. Müvafiq dövrdə tikinti gipsinin istehsalı 4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 19,5 faiz, tikinti əhənginin istehsalı 18,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,7 faiz artıb. Lakin, tikinti kərpicinin istehsalı 7,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 20,4 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan alınan məmulatların istehsalı 65,7 faiz, asfaltın istehsalı isə 77,6 faiz azalıb. Bildirilib ki, ilin əvvəlindən əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 143,1 milyon manatı və ya 85,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu vəsaitlərin 120,4 milyon manatı (9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əlavə edək ki, ilin əvvəlindən yaşayış evlərinin tikintisinə sərf edilən vəsait ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 1,8 dəfə azalıb. Ümumi inşaat işlərinin 91 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib. Geri qayıt |