Əsas Səhifə > Mədəniyyət > Məşhurlar vaksinasiyadan sonra özlərini necə hiss edirlər?
Məşhurlar vaksinasiyadan sonra özlərini necə hiss edirlər?17-03-2021, 10:44 |
"İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil". Azərbaycanlı məşhurların bir qismi həm ölkədə, həm də xaricdə könüllü şəkildə koronavirusa qarşı peyvənd olunublar. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun. Onlar Sputnik Azərbaycan-a verdikləri müsahibədə bu barədə daha ətraflı danışıblar. Türkiyədə yaşayan məşhur azərbaycanlı bəstəkar, Xalq artisti Cavanşir Quliyev fevralın 4-də Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi ilə vaksinasiya olunub. Peyvəndin ikinci dozası isə ona martın 4-də (fevral ayının 28 gündən ibarət olduğu nəzərə alınaraq) tətbiq ediləcək. Bəstəkar deyir ki, nə peyvənd vurulan vaxt, nə də sonra ciddi bir dəyişiklik hiss etməyib. Quliyev özünü çox yaxşı hiss etdiyini bildirir. "Hətta dostlarımla zarafat da elədim ki, bəlkə mənə adi su məhlulu vurublar? Peyvəndə şübhə ilə yanaşanlara bir məsəlini xatırlatmaq istəyirəm, öz təyinatına görə vaksin insanın ölümünə səbəb ola bilməz, ancaq virus insanları öldürür. Ən pis halda nə ola bilər – əgər insan çox güclü dərmanlar qəbul edirsə (xərçəng xəstələri, auto-immun xəstəliklərindən əziyyət çəkənlər və. s), bu zaman peyvəndin təsiri bir az azala bilər. Məsələn, əgər tamamilə sağlam insanda 100 faizlik müdafiə yaranırsa, belə xəstələrdə həmin göstərici 90 faiz olur. Bəstəkar onu da əlavə etdi ki, hər şey insanın seçimindən asılıdır: kim xəstələnmək istəmirsə, peyvənd olunsun. Azərbaycanın Xalq artisti Röya Ayxan ölkənin şou-biznes nümayəndələri arasında COVID-19-a qarşı ilk peyvənd olunan şəxsdir. O, rəsmi təmsilçisi olduğu özəl xəstəxananın həkimləri tərəfindən vaksinasiya olunub. Müğənni deyir ki, peyvənddən sonra orqanizmində heç bir dəyişiklik hiss etməyib, əksinə işləmək üçün enerjisi bir az da artıb. "Vaksinasiyadan sonrakı gün dərhal işə başladım, özümü yaxşı hiss edirdim. Düzünü deyim ki, koronavirusa yoluxmaqdan çox qorxurdum, çünki dostlarımın, tanışlarımın əksəriyyəti artıq xəstələnmişdi. Allaha şükür ki, bəxtim gətirdi. Xəstələnməmək üçün peyvənd olunmaq qərarına gəldim. İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil", – deyə müğənni vurğulayıb. Azərbaycanın Xalq artisti Röya Ayxan ölkənin şou-biznes nümayəndələri arasında COVID-19-a qarşı ilk peyvənd olunan şəxsdir. O, rəsmi təmsilçisi olduğu özəl xəstəxananın həkimləri tərəfindən vaksinasiya olunub. Müğənni deyir ki, peyvənddən sonra orqanizmində heç bir dəyişiklik hiss etməyib, əksinə işləmək üçün enerjisi bir az da artıb. "Vaksinasiyadan sonrakı gün dərhal işə başladım, özümü yaxşı hiss edirdim. Düzünü deyim ki, koronavirusa yoluxmaqdan çox qorxurdum, çünki dostlarımın, tanışlarımın əksəriyyəti artıq xəstələnmişdi. Allaha şükür ki, bəxtim gətirdi. Xəstələnməmək üçün peyvənd olunmaq qərarına gəldim. İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil", – deyə müğənni vurğulayıb. Vaksinasiyada iştirak etmək üçün https://randevu.its.gov.az/ linki vasitəsi ilə onlayn növbə əldə etmək lazımdır. Bunun üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu daxil edərək "Yoxla" düyməsinı sıxmaq lazım gəlir. Sonra təklif olunan siyahıdan peyvənd məntəqəsini, tarixi və saatı seçib mobil telefon nömrənizi daxil etməlisiniz. Qeydiyyat tamamlandıqdan sonra həmin nömrəyə növbəyə alındığını bildirən mesaj göndərilir. Mesajda peyvəndin ilk dozasının vurulacağı tarix, vaxt və yer göstərilir. Tibb müəssisəsində qeydiyyatdan keçən vaxt şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir. 28 gündən sonra peyvəndin ikinci dozası tətbiq olunan vaxt təkrar qeydiyyatdan keçmək tələb olunmur. Şəffaflıq.az Geri qayıt |