Əsas Səhifə > SİYASƏT > Həbs edilən Azərbaycanlı generalın qardaşı görün kim imiş...

Həbs edilən Azərbaycanlı generalın qardaşı görün kim imiş...


16-03-2021, 10:33
 Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun sabiq birlik komandiri, Milli Qəhrəman Rövşən Əkbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Silahlı Qüvvələrdə general-leytenant ali hərbi rütbəsinə kimi yüksəlmiş R.Əkbərov Azərbaycanın ən tanınmış hərbçilərindən sayılır.
Şəffaflıq.az demokrat.az-a istinadən bildirir ki, generalın ailə üzvləri də müxtəlif vəzifələrdə təmsil olunurlar. Belə ki, Rövşən Əkbərovun kiçik qardaşı Qulam Əkbərov Azərbaycanın Avstriyadaki səfirliyində hərbi attaşenin müavini vəzifəsini daşıyır. Onun rütbəsi polkovnik-leytenantdır.
Bu cür şəxslər ATƏT yanında da səfirliyin əməkdaşı kimi akkreditədən keçir və bütün məlumatlara çıxışı olur. Adətən beynəlxalq təşkilatın bütün iclaslarının iştirakçısı kimi taleyüklü məlumatlara sahibdirlər. Həmçinin, bu təşkilatlarda təhlükəsizlik məsələləri üzrə vacib seqmentlərlə yaxından tanışlıq edirlər.  
Q.Əkbərovun tutduğu vəzifədə olan kəslər diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə dövləti təmsil edir. Həmin sahə ilə bağlı məlumat toplayırlar. Onların bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir.
Şəffaflıq.az
Geri qayıt