Əsas Səhifə > Dünya > ABŞ Suriyadakı seçkiləri tanımamağa çağırıb
ABŞ Suriyadakı seçkiləri tanımamağa çağırıb16-03-2021, 09:05 |
ABŞ hökuməti Suriyada müharibənin on illiyi ilə bağlı prezident Bəşşar Əsəd hökumətini sülh danışıqlarına qeyri-ciddi münasibətinə və oyuncaq prezident seçkisi keçirmək niyyətinə görə sərt tənqid edib.Şəffaflıq.az xəbər verir ki, ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında rejimin seçkiləri yayda nəzarət etdiyi bölgələrdə, ölkəni birləşdirmək istiqamətində BMT-nin səylərinə zidd olaraq keçirəcəyini qeyd edib. Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın Suriya böhranına dair Rusiya və başqa üzv ölkələrlə ciddi ziddiyətlərinin bir daha üzə çıxdığını qeyd edən diplomat bildirib ki, mən beynəlxalq birliyi Suriyada qarşıdan gələn prezident seçkisinə aldanmamağa çağırıram: "Həmin seçki nə azad, nə də ədalətli olacaq, Əsəd rejimini də legitimləşdirməyəcək”. BMT-nin sülh elçisi Geir Pedersen də 2011-ci ilin mart ayında Suriyada başlamış vənəndaş müharibəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla sakinin isə didərgin salındığını xatırladaraq “Suriya xalqı bu əsrin ən böyük məzlumudur” deyə fikir bildirib. Geri qayıt |