Əsas Səhifə > Gündəm > General-leytenant Rövşən Əkbərov həbs edildi

General-leytenant Rövşən Əkbərov həbs edildi


16-03-2021, 08:43
Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şəffaflıq.az "Qafqazinfo"-ya istinadən bildirir ki, generalın həbsinin səbəblərini əldə edib. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb.

Dövrü mətbuatda vaxtilə ilə yayılan məlumatlara görə, cinayət işi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. Sabiq birlik komandiri bir müddət əvvəl müdafiə naziri Zakir Həsənovun əmri ilə ehtiyata buraxılıb. 

Geri qayıt