Əsas Səhifə > ELM VƏ TƏHSİL > Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində sorğu keçirir...
Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində sorğu keçirir...15-03-2021, 18:33 |
Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir. Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənməyi faydalı hesab edirəm.Şəffaflıq.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.Nazir bildirib ki, sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir: "Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm". Şəffaflıq.az Geri qayıt |