Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü - 603 yeni yoluxma

Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü - 603 yeni yoluxma


14-03-2021, 22:01

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb,  234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 240 295  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb,  3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir.

Ölkədə son sutka ərzində8 945 , hazırkı dövrədək isə 2 710 126  test aparılıb.


Şəffaflıq.az
Geri qayıt