Əsas Səhifə > Dünya > ÜST xüsusi peyvənd pasportlarının verilməsinə qarşı çıxdı
ÜST xüsusi peyvənd pasportlarının verilməsinə qarşı çıxdı13-03-2021, 10:16 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvənd vurduran şəxslərə xüsusi pasportların verilməsini və bu şəxslərə əlavə imtiyaz verilməsini tövsiyə etmir. Şəffaflıq.az bildirir ki, bu sözləri “Exo Moskvı” radiosuna açıqlama verən ÜST-ün Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç deyib. ÜST-ün nümayəndəsi əlavə edib ki, bu, təşkilatın hazırkı durumla bağlı qərarıdır. “Gələcəkdə peyvənd pasportlarının verilməsi ilə bağlı qərarı yalnız ÜST-ün fövqəladə COVID-19 komitəsi verə bilər”, - M.Vuynoviç qeyd edib. Geri qayıt |