Əsas Səhifə > Gündəm > AQTA monitorinq keçirdi: 1000-dən çox nöqsan aşkarlandı

AQTA monitorinq keçirdi: 1000-dən çox nöqsan aşkarlandı


9-03-2021, 20:32

 

Bu ilin 1 fevral - 7 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22 642 monitorinq həyata keçirilib və 1109 nöqsan aşkar edilib.

AQTA-dan verilən xəbərə görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb.

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır - 124 (11%).

Ümumilikdə, 2020-ci il sentyabrın 25-dən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55 316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib.


Şəffaflıq.az
Geri qayıt