Əsas Səhifə > Şou-biznes / REGİON > Rusiyanın “Eurovision” təmsilçisi dəyişdi
Rusiyanın “Eurovision” təmsilçisi dəyişdi9-03-2021, 00:18 |
Rusiyanı bu ilin may ayında Rotterdamda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində müğənni Manija təmsil edəcək. Bu barədə Şəffaflıq.az “Pervıy kanal”a istinadən xəbər verir. Manija müsabiqədə “Russian Woman” (“Rus qadını”-red.) adlı mahnını ifa edəcək. Bundan əvvəl Rusiyanı “Eurovision-2020”də təmsil etməli olan “Little Big” qrupu builki milli seçim turuna qatılmaqdan imtina etmişdi. Sayca 65-ci “Eurovision” müsabiqəsi ötən il 12-16 may tarixlərində Rotterdamın “Ahoy” zalında “Open Up!” (“Açıl!”-red.) sloqanı altında keçirilməli idi. Lakin 2020-ci il martın 18-də Avropa Yayımları Birliyi müsabiqəni koronavirus pandemiyası səbəbindən təxirə salmaq qərarına gəldi. Geri qayıt |