Əsas Səhifə > SİYASƏT > Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama8-03-2021, 18:13 |
![]() Xəbər verdiyimiz kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Dövlət başçısının çıxışı ölkəmizdə olduğu kimi, Ermənistanda da diqqətlə dinlənilib.Dövlət başçısının “ İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq” fikirləri qonşu ölkənin mediasında müzakirələrə səbəb olub. Açıqlama ölkəni çaşqın hala gətirib.Politoloq Eldar Namazov Bizimyol.info-ya verdiyi açıqlamda söyləyib ki, Azərbaycan Prezidentinin bu “məcbur edəcəyik” kəlməsi qonşu ölkədə rezonans doğurub. Ümumiyyətlə, orada Prezidentin hər kəlməsi müzakirə mövzusuna çevrilir, amma İlham Əliyevin bəzi fikirləri daha böyük rezonans foğurur. ![]() Əslində məsələnin məğzi bundan ibarətdir ki, biz qalib ölkə olaraq iqtisadi təzyiq alətlərindən rahatlıqla istifadə edib Ermənistanı yola gətirə bilərik. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda dəhlizlərlə bağlı maddə var. Bu maddələrdən birində Laçın və Zəngəzur yollarının açılmasından söhbət gedir. Ümumiyyətlə, Sazişdə hansısa bənd yerinə yetirilməsə, bu onun pozulması deməkdir və Putinin dediyi kimi Ermənistan özünə sui-qəsd etmiş olacaq. Azərbaycan tərəfinin böyük imkanları var. Azərbaycan Prezidenti “məcbur edərik” deməklə nə demək istədi? Ermənistan tərəfi Zəngəzur dəhlizinə problem yarats, biz də Laçın dəhlizinin işini dayandıra bilərik. Hərçənd Zəngəzur dəhlizi Ermənistanın elə özü üçün də kommunikasiyaların açılması deməkdir, inkişaf deməkjdir. Azərbaycan üçünsə strateji əhəmiyyət kəsb edir. Eyni zamnda Avrasiya və region üçün böyük əhəmiyyətə malikdir”,- deyən ekspert Azərbaycan Prezidentinin irəliyə hesablanmış pranları barədə danışarkən bunları söylədi: ![]() İlhamə Rəsulova Geri qayıt |