Əsas Səhifə > Dünya > BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub

BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub


8-03-2021, 15:18

 

Martın 7-dən başlayaraq Yaponiyanın Kyoto şəhərində BMT-nin Cinayətkarlığın Qarşısının alınması və Cinayət Ədliyyəsi üzrə 14-cü Konqresi davam edir.

Şəffaflıq.az məlumat verir ki, Konqres zamanı qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kyoto Bəyannaməsi qəbul olunub. Bu 5 illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən bir sıra müddəalar əksini tapıb.

Qeyd edək ki, martın 12-nə qədər davam edəcək Konqresdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi, tərkibinə XİN, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edir.

Geri qayıt