Əsas Səhifə > SAĞLAMLIQ / Gündəm > Bu yuxusuzluğa səbəb olur
Bu yuxusuzluğa səbəb olur7-03-2021, 21:13 |
Mobil telefonlar xüsusilə də smartfonlar, həyatımızın ayrılmaz hissəsidir. Gündəlik yaşayışımızda onların istifadəsinə böyük əhəmiyyət verməyimiz sağlamlığımızı təhlükə altına atır. Şəffaflıq.az xarici KİV-ə istinadən bildirir ki, smartfonların sağlamlığa mənfi təsirini araşdıran alimlər 18-30 yaş arasındakı mindən çox insan üzərinə təcrübə aparıblar. Tədqiqatlar nəticəsində mobil cihazların gecə saatlarına qədər istifadəsinin yuxusuzluq yaratdığı məlum olub. Lakin smartfonların mənfi təsiri bununla yekunlaşmır. Yuxu keyfiyyətinin azlamasına və gec yuxuya getməyə də səbəb olur. Buna görə də mütəxəssislər, yatarkən mobil cihazlardan mümkün qədər istifadəni azaltmağı və yataq otağındakı digər texnoloji vasitələri (notebook, planşet) kənarlaşdırmağı tövsiyyə edirlər. Çünki onlar yuxu hormonu melatonin səviyyəsinə mənfi təsir edirlər. Geri qayıt |