Əsas Səhifə > ELM VƏ TƏHSİL > İmtahandan 2 şagird xaric edildi
İmtahandan 2 şagird xaric edildi7-03-2021, 17:40 |
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanında 2 şagird imtahandan xaric edilib. Bu barədə Şəffaflıq.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İlkin məlumatlara əsasən 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd edək ki, DİM bu gün respublikanın 24 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib. Geri qayıt |