Əsas Səhifə > Gündəm > Azərbaycanda son sutkada koronavirusla bağlı vəziyyət
Azərbaycanda son sutkada koronavirusla bağlı vəziyyət6-03-2021, 23:37 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 236 365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 nəfərdir. Ölkədə son sutka ərzində 9 436, hazırkı dövrədək isə 2 645 206 test aparılıb. Şəffaflıq.az Geri qayıt |