Əsas Səhifə > Dünya / ELM VƏ TƏHSİL > ABŞ səfirliyi Jurnalistika üzrə Magistr Proqramı elan edib
ABŞ səfirliyi Jurnalistika üzrə Magistr Proqramı elan edib6-03-2021, 16:47 |
ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-2023-cü illər üçün Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunun aparılması barədə məlumat yayıb.Şəffaflıq.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, proqram üzrə dərslər ABŞ, Avropa Birliyi və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır. "Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir. Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2021-dekabr 2022) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2023 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2023-cü ilin iyul ayında diplom işlərini müdafiə etmək üçün onlar yenidən GİPA-ya qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar. Çap, onlayn və tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq", - diplomatik nümayəndəlikdən bildirilib. Geri qayıt |