Əsas Səhifə > Hadisə / Dünya > Suriyaya raket hücumları edildi, ölənlər var

Suriyaya raket hücumları edildi, ölənlər var


6-03-2021, 09:50

 

Suriyanın Hələb şəhərində Cərablus və Əl-Bab rayonlarına raket hücumu edilib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın şimalındakı iki rayona təşkil edilən ballistik raket hücumu nəticəsində bir mülki şəxs ölüb, 18-i yaralanıb.

Hücumların olduğu bölgələrdə ibtidai şəkildə işlədilən neft emalı zavodları yerləşir. Partlayışlar nəticəsində çox sayda tankerlər alovlanıb və güclü partlayışlar baş verib.

Ballistik raketlərin kimlər tərəfindən atıldığı hələlik müəyyənləşməyib.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Hadisə yerlərinə çox sayda yanğınsöndürmə xidməti cəlb olunub. Ölü və yaralı sayının artması ehtimalı var.



Geri qayıt