Əsas Səhifə > REGİON > Ermənistanda əsgər anaları məmurları iş yerinə buraxmadılar
Ermənistanda əsgər anaları məmurları iş yerinə buraxmadılar5-03-2021, 18:19 |
Bu gün səhər saatlarında Ermənistanın Şirak bölgəsində İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin yaxınları administrasiya binasını zəbt ediblər.Bu barədə erməni KİV-ləri məlumat yayıb.Qeyd edilir ki, əsasən əsgər analarının olduğu etirazçılar binaya dinc aksiya keçirdiklərini bəyan edərək daxil olublar. Onlar dəhlizə stullar düzməklə məmurların işə gəlməsinə mane olublar. Aksiya səbəbindən administrasiyanın fəaliyyəti bir günlük dayandırılıb. Hakimiyyətin yalan vədlərindən bezdiklərini deyən valideynlər itkin düşən əsgərlərin taleyi ilə bağlı dəqiq cavablar tələb edirlər. Şəffaflıq.az Geri qayıt |