Əsas Səhifə > Hadisə / Dünya > Yunanıstanda güclü zəlzələ dağıntılara səbəb olub

Yunanıstanda güclü zəlzələ dağıntılara səbəb olub


5-03-2021, 10:54

 

Yunanıstanın Larisa şəhəri ərazisində baş vermiş 5,9-6,0 bal gücündə güclü zəlzələ iki evin divarlarının çökməsinə səbəb olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Yunanıstanın “Skai” telekanalı məlumat yayıb.

Məlumata görə, dağılan həmin evlərin divarları çərşənbə günü eyni ərazidə baş vermiş zəlzələ zamanı ziyan görmüşdü. Evlərdən birində yanğın da meydana gəlib.

Seysmoloqlar son zəlzələni çərşənbə günü baş verən zəlzələnin güclü davamı kimi qiymətləndirirlər.

Qeyd edək ki, zəlzələnin episentri təxminən 144 min nəfər əhalisi olan Larisa şəhərinin 29 km şimal-qərbində, Elassona qəsəbəsindən 17 km cənub-qərbdə qeydə alınıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən verilən məlumata görə, zəlzələnin mənbəyi 2 km dərinlikdə, Afina Milli Rəsədxanasının Geodinamik İnstitutunun hesablamalarına görə isə 11,3 km dərinlikdə yerləşib.

Zəlzələ Larisada və ətraf ərazilərdə, eləcə də ölkənin bir çox bölgələrində - Afinadan Salonikiyə qədər hiss olunub.

Geri qayıt