Əsas Səhifə > Kriminal > Prokuror Uşaq Birliyi sədrindən şikayət verdi – Ağır cəza tələbi

Prokuror Uşaq Birliyi sədrindən şikayət verdi – Ağır cəza tələbi


11-05-2019, 10:17
Dələduzluq, rüşvət vermə, rüşvətə təhrik və digər cinayətlərdə ittiham olunan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cəzasının ağırlaşdırılması barədə prokuror protest verib.
Şəffaflıq.az xəbər verir ki, prokuror protestində Kəmalə Ağazadənin barəsində olan hökmün ləğvini və onun həbs olunmasını tələb edib.
Prokurprun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası mayın 15-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kəmalə Ağazadənin barəsində 3500 manat məbləğində cərimə cəzası təyin olunub.
Birinci instansiya məhkəməsində çıxış edən prokuror Kəmalə Ağazadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs olunmasını istəyib.
İstintaq və məhkəmə dövründə Kəmalə Ağazadənin barəsində başqa yerə getməmək qəti imkan tədbiri seçilib.
İttihama görə, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib. O, həmçinin vətəndaşları rüşvət verməyə təhrik edib.
Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri vəzifəsində işləyib.
O, Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib.
Bu məqsədlə 2015-ci ilin avqustun 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.
Həmin müqavilənin müddəti bitdikdən sonra Kəmalə Ağazadə onlara bildirib ki, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə, əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına nail olacaq və onlarla yenidən xidmət müqaviləsi bağlayacaq.
Kəmalə Ağazadə 2015-ci ilin sentyabr və oktyabr ayında “Azərbaycan Uşaqları” İctimai Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600, Mahir Bayramovdan 2100 və Mahirə Sadıqovadan isə 2100 manat alıb.
O, ümumilikdə 7800 manat məbləğində pul alaraq, özünün şəxsi ehtiyaclarına xərcləyib.
Kəmalə Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanı tərəfindən Kəmalə Ağazadənin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. O, həbs edilməyib.(Teleqraf.com)
Geri qayıt