Əsas Səhifə > Cəmiyyət / ELM VƏ TƏHSİL > İsmayıllıda “Sabahın alimləri” X Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.-FOTO
İsmayıllıda “Sabahın alimləri” X Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.-FOTO4-03-2021, 17:02 |
![]() Şəffaflıq.az xəbər verir ki, RİH başçısı məktəbliləri salamlayıb, qeyd edib ki, bu cür müsabiqələr gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malikdir. Beynəlxalq olimpiadalarda iştirak etmələrini tövsiyə edən rayon rəhbəri gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Görüşdə müsabiqənin əhəmiyyətindən, şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsirləri haqqında RİH başçısına məlumat verilib. Bildirilib ki, şəhər 1 saylı tam orta məktəbin müəllimi Aynurə Bağıyevanın rəhbərliyi ilə şagirdləri Xumar Bağıyeva, Nərmin Şıxıyeva “Havadakı zərərli, yanıcı qazlar”, həmin məktəbin digər müəllimi Mehri Məmmədovanın şagirdləri olan Nərgiz Nemətli və Gülsüm Qasımlı isə “Canqurtaran qulaqcıq”, şəhər 3 saylı məktəb liseyinin müəllimi olan Əminə Ağayevanın şagirdi Səyid Süleymanzadənin “Çirkab sularından enerji hasilatı”, üzrə isə Vəng kənd tam orta məktəbinin müəllimi , həmçinin “İlin ən fəal gənci” seçilən Gülnarə Qurbanovanın şagirdi Rəvan Qasımovda “Sabahın alimləri” X Respublika müsabiqəsinin iştirakçıları olublar. ![]() Əlavə olaraq qeyd edək ki, “Sabahın alimləri” Respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin xüsusi mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə və 17 şagirdə təqdim olunub. Sevindirici haldır ki, rayonun kimya müəllimi olan G.Qurbanovanın “Ekologiya və ətraf mühitin mühafizə olunması” nominasiyası da mükafata layiq görülüb. ![]() ![]() ![]() ![]() ![]() Dəyanət İsmayılov. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |