Əsas Səhifə > Gündəm / Dünya > Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi
Saxta koronavirus peyvəndlərinin istehsalı artıb - “Interpol” xəbərdarlıq etdi4-03-2021, 13:04 |
“Interpol” Cənubi Afrika və Çində keçirilən əməliyyatlar zamanı minlərlə yeni koronavirus (COVID-19) peyvəndi növünün ələ keçirildiyini açıqlayıb.Şəffaflıq.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Interpol”un baş katibi Yurgen Stok bunun “Aysberqin görünən tərəfi” olduğunu deyib. Bildirilir ki, Cənubi Afrikanın Cermiston şəhərində təxminən 2 400 doza saxta COVID-19 peyvəndi ələ keçirilib. Əməliyyatda üç Çin və bir Zambiya vətəndaşı nəzarətə alınıb. Eyni zamanda, polis Çində saxta peyvənd istehsal edən bir fabrikdə əməliyyat keçirib: 80 nəfər saxlanılıb və 3 000 saxta peyvənd müsadirə edilib. “Interpol” bu günə qədər internet üzərindən satış üçün hansısa peyvəndin təsdiqlənmədiyi barədə xəbərdarlıq edib. Geri qayıt |