Əsas Səhifə > Gündəm / Dünya > Çinli mütəxəssis: “Çində vaksinasiya prosesi digər ölkələrdən zəifdir”

Çinli mütəxəssis: “Çində vaksinasiya prosesi digər ölkələrdən zəifdir”


3-03-2021, 09:05

 

Çin əhalisinin 40 faizinin iyuna qədər vaksinasiya olunacağı planlaşdırılır.

Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, bunu Çin Milli Səhiyyə Komissiyasının tibb mütəxəssisi Zonq Nansan deyib.

Onun sözlərinə görə, Çinin peyvənd tutumu bu hədəfə çatmaq üçün yetərlidir.

Mütəxəssis bildirib ki, Çin epidemiyaya nəzarət müddətində çox yaxşı olsa da, vaksinasiya səviyyəsi digər ölkələrlə müqayisədə daha aşağıdır.

Qeyd olunur ki, Çində 1,4 milyard əhalinin yalnız 3,56 faizi peyvənd edilib.

Geri qayıt