Əsas Səhifə > İqtisadiyyat / REGİON > İsmayıllıda çay məcralarının və suvarma kanallarının təmizlənmə işləri davam etdirilir
İsmayıllıda çay məcralarının və suvarma kanallarının təmizlənmə işləri davam etdirilir2-03-2021, 20:01 |
![]() Şəffaflıq.az xəbər verir ki, əhalinin yaşayış evlərinin, fərdi təsərrüfatlarının, əkin sahələrinin sel sularından ehtibarlı mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən keçən çaylarda ağır texnikalar (buldozer) vasitəsilə məcra təmizlənməsi işlərinə başlanılıb. Həmçinin, Göyçay çayında 5700 m3, Axox çayında 7500 m3, Cülyan çayında 7900 m3, Talıstan çayında 6700 m3 olmaqla cəmi- 27800 m3 çay məcralarının təmizlənməsi işləri görülmüşdür. Bununla yanaşı, suvarma mövsümünü tələb olunan səviyyədə başa çatdırmaq üçün rayonda mövcud olan suvarma kanallarının da lildən təmizlənməsi işlərinə başlanılıb. ![]() ![]() ![]() ![]() ![]() ![]() Görülən tədbirlər nəticəsində rayonun suvarılan ərazilərində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artacaq və məhsulların keyfiyyəti daha da yaxşılaşacaqdır. Əfşanə. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |