Əsas Səhifə > Gündəm > Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə müşavir təyin olunub
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə müşavir təyin olunub2-03-2021, 17:22 |
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni vəzifə təyinatı olub. Bu barədə “APA-Economics”ə nazirlikdən bildirilib. Qeyd olunub ki, nazirin müşaviri vəzifəsinə Qəhrəman Kazımov təyin edilib. Q. Kazımov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Macarıstanda İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə İsveçdə təhsilini davam etdirib, Telekommunikasiya Sektorunda Biznesin İnkişafı üzrə təhsil proqramının məzunu olub. Q. Kazımov 2008-2009-cu illərdə “British Petroleum” şirkətində Təchizat Proseslərinin İdarə Olunması şöbəsində işləyib. 2009-2018-ci illərdə “Azercell Telekom” şirkətində, 2018-2021-ci illərdə isə “Azerfon” MMC (“Nar”) şirkətində strategiya, kommersiya, marketinq, satış, biznesin inkişafı, qiymət siyasəti kimi istiqamətlər üzrə rəhbər vəzifələrdə işləyib. İngilis, rus və türk dillərini bilir. Geri qayıt |