Əsas Səhifə > İdman > AFFA Premyer Liqa klublarının yarısını cəzalandırdı
AFFA Premyer Liqa klublarının yarısını cəzalandırdı1-03-2021, 20:04 |
AFFA İntizam Komitəsinin bu gün keçirdiyi iclasda Azərbaycan Premyer Liqasının XVII turunun oyunları ilə əlaqədar qərarlar qəbul olunub. Premyer Liqada yarışan səkkiz klubdan dördü – “Qəbələ”, “Sabah”, “Keşlə” və “Neftçi”yə dörd və daha çox oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə kəsilib. Qeyd edək ki, “Sumqayıt”la ev matçında “Qəbələ”nin - altı, “Zirə” ilə səfər oyununda “Neftçi”nin - dörd, “Sabah” – “Keşlə” matçında isə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalanıb. Şəffaflıq.az Geri qayıt |