Əsas Səhifə > Redaktor seçimi > Azərbaycanın 1941- 1945 “Aleksandır Nevski”Ordenli Cəngavərlərimiz Baş-Leytnant Kərəm Bəşirov

Azərbaycanın 1941- 1945 “Aleksandır Nevski”Ordenli Cəngavərlərimiz Baş-Leytnant Kərəm Bəşirov


9-05-2019, 10:42
  Azərbaycanın 1941- 1945 “Aleksandır Nevski”Ordenli Cəngavərlərimiz Baş-Leytnant Kərəm Bəşirov
Kərəm Fateh oğlu Bəşirov 1920 –ci ildə Şamaxı rayonu Cabanı kəndində  anadan olmuşdur.1938 ci ildə Bakı piyada Məktəbinə daxilolmşdur. Müharibənin başlanması ilə Azərbaycanda yeni birləşmələr yaradılmasına başlanıldı.Belə birləşmələrdən biridə Bakıda 317-ci atıcıdivizy aolmuşdur .Kiçik komanda heyət iBakı Piyada Məktəbinin məzunlarından  toplanılmışdır.Leytnant Bəşirov 761-ci atıcı alayına təyin olundu.Burda əvvəlcə minaatan tağımında ,sonra isə minaatan bölüyün komandiri vəzifəsində xidmət etdi.
1941-ci ilin payızında 317 ci atıcı divizya Şimali-Qafqaz hərbi dairəsi heyətinin bazası əsasında yaradılmış 56-cı Ordunun tərkibinə daxil oldu.Noyabrda Rastov-don yaxınlığında divizya vermaxtın 3-cü motorlaşdırılmış korpusunun zərbəsinə məruz qaldı
Burada,Rastov –don da cəsur komandir Bəşirovun döyüşkən xarakteri formalaşmışdı.1942-ci ilin yazında 317-ci atıcı divizya 57-ci ordunun tərkibinə Xarkov hücum əməliyyatında iştirak edirdi.Ordunun birləşməri üçün əməliyyat  faciə ilə nəticələndi. Əməliyyatda iştirak edən qoşunların cüzi hissəsi Barvenkova rayonunda mühasirədən çıxa bildi.Düşmən məngənəsindən xilas olanlar sırasında Leytnant
Kərəm Bəşirovda var idi. 
Xarkov yaxınlığındakı döyüşlərdə salamat qalmışvə döyüş təcrübəsi olan əsgər və komandirlər 1942 –ci ilin yayında Qızıl Ordunun komandanlığı tərəfindən yenidən formalaşan 317-ci atıcı divizyaya cəlb olundu .Çeçen-İnquş respublikasında formalaşdırılan yeni divizyada leytnant  Bəşirova atıcı bölüyə komandirlik etmək etibar olundu.1942 –ci il sentyabrın 14- də bölüyün gənc  döyüşçüləri digər bölmələrin döyüşçüləri ilə hərbi and qəbul etdilər. Növbəti gün divizya Qafqazın müdafisinə göndərildi .1942-ci ilin oktyabrında divizya Molqobek istiqamətindəmüdafiə döyüşlərində qələbə üçün lazım olan təcrübə toplayırdı .1943 –cü ilin yanvarında Qızıl Ordunun Qafqazda həlll edici hücumu başlayanda bu artıq möhkəm, qorxmaz hərbi birləşmə idi.Leytnant Bəşirovun bölüyü   Proxladnı ,Budenovsk,Georgiyevsk ,Minvodı döyüşlərində özünü yaxşı güstərdi.1943 –cü ilin iyununda Kərəm Bəşirova “Baş- Leytnant” hərbi rütbəsi verildi. Bu dövürdə düşmən Şimali Qafqazdan qovulmuş,317 –ci atıcı divizyanın alayları Krosnadar diyarını düşməndən azad edirdirdilər.
1943-cü ilin iyulunda 22-də Baş- leytnant Bəşirovun bölüyünə  yeni  tapşırıq verildi –Krosnadar diyarı Klevskaya stansiyası yaxınlığında 1033 yüksəkliyindən almanları qovmaq .Döyüşü düzgün təşkil eden Kərəm Bəşirov döyüşçüləri şəxsən hücuma apardı.Onunn komandirlik etdiyi bölük birinci olaraq düşmən səngərinə daxil oldu və əlbəyaxa döyüş başladı.Bu döyüşdə bölük 35 hitlerçini məhv etdi .Düşmənin müdafiə xəttini yarandan sonra Bəşirov öz döyüşçüləri ilə düşmən mövqeylərinin dərinliyinə irəlləmiş və 3 əsir götürmüşdü.Döyüşün gedişində cəsur komandir yaralansa da,bölmənin hərəkətlərinə rəhbərlik etməyi davam edirdi.56-ci Ordunun qoşunları üzrə 057/n saylı,1943 –cü il 2 avqust tarixli əmrə əsasən döyüşü bacarıqla idarə etməsinə və nümayiş etdirdiyi şəxsi şücayətə görə baş leytnant Kərəm Fateh oğlu Bəşirov Aleksandr Nevski ordeni ilə təltif olundu. 

Yaralari sağalsa da, Kərəm Bəşirov Döyüşən orduda artıq xidmət etmək qabliyyətini itirmişdi.1944-cü ilin yanvarında Aleksandr Nevski ordeninin kavaleri baş leytnant Kərəm Bəşirov Xəstəliyə görə Silahlı qüvvələrin ehtiyatına göndərilmiş və doğma kəndə qayıtmışdır.
Kərəm Fateh oğlu Bəşirov həmçinin “Qafqazın Müdafiəsinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə də təltif olunmuşdur.

Vahid İsmayılov
Şəffaflıq.az   

Geri qayıt