Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bank Respublika mikro və aqro kreditləri 11%-lə təqdim edəcək
Bank Respublika mikro və aqro kreditləri 11%-lə təqdim edəcək1-03-2021, 14:20 |
Baharın gəlişi ilə mövcud biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq istəyirsiniz? Bunun üçün maliyyə dəstəyinə ehtiyacınız var? O zaman Bank Respublika Sizinlədir!Ölkəmizdə real sektoru aktiv dəstəkləyən və sahibkarlığın inkişafına daim öz töhfəsini verən Bank Respublika, şəxsi biznes sahibləri üçün yeni kredit kampaniyasına start verir! May ayının 1-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar, mikro və aqro kreditlər üzrə 5%-dək FAİZ ENDİRİMİ əldə edə biləcək! Kreditin maksimal məbləği - 50 000 manat, müddəti isə 36 ay təşkil edir. Qeyd edək ki, kampaniya çərçivəsində kreditləri 11%-dən başlayan faiz dərəcəsi və 0% komissiya ilə əldə etmək mümkün olacaq. Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur. Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Şəffaflıq.az Geri qayıt |