Əsas Səhifə > Gündəm > Yeni başçı “Veteks-2017” MMC-ni yoxladır – Beyləqanda təşviş

Yeni başçı “Veteks-2017” MMC-ni yoxladır – Beyləqanda təşviş


13-11-2018, 23:25

 

“Veteks-2017” MMC-nin tenderlərindəki maliyyə maxinasiyaları sabiq başçı Vaqif Abdullayevi, başçı müavini Məhəmməd Qələndərovu və Vüqar Aslanovu bitirə bilər

Prezident İlham Əliyev Asif Ağayevi Beyləqan rayon icra başçısı təyin etdikdən sonra rayonda yeni başçının hansı addımlar atacağı ən aktual mövzulardan biridir.

PİA.AZ bildirir ki, AzEuroNews.com-a daxil məlumata görə, yeni icra başçısı iki gün öncə Beyləqan şəhərində yaşayış binaların və küçələrin təmiri ilə məşğul olan “Veteks-2017” MMC şirkətinin tender sənədlərini götürərək, görülən işlərlə qısa da, olsa tanış olub.

İcra Hakimiyyətindəki etibarlı mənbənin verdiyi məlumatda vurğulanır ki, Asif Ağayev “Veteks-2017” MMC-nin gördüyü işlərlə bağlı yoxlama başlatmaq qərarına gəlib.

Buna səbəb isə adıçəkilən şirkət tərəfindən sabiq icra başçısı Vaqif Abdullayevlə əlbir olaraq dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitin böyük hissəsinin mənimsənilməsidir.

Mənbə qeyd edir ki, Asif Ağayev “Veteks-2017” MMC-nin Beyləqan şəhərində yerləşən yaşayış binalarının təmiri ilə bağlı gördüyü işləri ciddi şəkildə araşdırsa, o zaman sabiq başçı Vaqif Abdullayev, hazırda İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndərov və ad çəkilən şirkətin işlərini həyata keçirən iş adamı Vüqar Aslanovun vəziyyəti yaxşı olmayacaq.

Çünki Beyləqan şəhərində yerləşən yaşayış binalarının təmirində, dam örtüklərinin və binaların fasadlanması işlərində külli miqdarda yeyintilər mövcuddur. Buna misal olaraq təkcə dam örtüklərinin dəyişdirilməsi zamanı istifadə olunan taxta matreallarının köhnə olmasını deyə bilərik.

Sənədlərdə yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi zamanı yeni tikinti matreallarından istifadə olunduğu qeyd edilsə də, əslində köhnə materiallar yerində saxlanılıb.

“Vetek-2017” MMC-nin yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi işlərini yoxlamağıb məqsədəuyğun olduğunu bildirir. Çünki həmin işlərin görülməsi zamanı sabiq icra başçısı Vaqif Abdullayev, müavini Məhəmməd Qələndərov və şirkətin işlərini həyata keçirən Vüqar Aslanov ayrılan vəsaitin böyük hissəsini mənimsəyiblər: “İcra başçısının hazırkı müavini Məhəmməd Qələndərov görülən işlərin ona aidiyyatı olmadığını, sabiq başçı Vaqif Abdullayevlə iş adamı Vüqar Aslanovun, həmçinin hazırkı şəhər meri Bakir Balakişiyevin məsuliyyət daşıdığını tez-tez dilə gətirir.

Ancaq Məhəmməd Qələndərov unudur ki, onun tutduğu post başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsidir. Yəni rayonda görülən təmir, tikinti işlərinə nəzarət, cavabdeh şəx sayılır”.

Bildirək ki, “Veteks-2017″MMC 2016-cı ilin 11 noyabr noyabr tarixində qeydiyyatından keçib və hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi, ev 24, nizamnamə kapitalı on manat olub.

Rəsmi sənədlərdə “Veteks-2017” MMC-nin təsisçisi Aydın Əligüşad oğlu Qardaşov göstərilir. Amma şirkətin Beyləqan şəhərində gördüyü bütün işlərə Vüqar Aslanov adlı iş adamı rəhbərlik edib.

Adıçəkilən şirkətə təkcə 2017-ci ildə Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmir edilməsi məqsədilə 725, 500.00 (Yeddi yüz iyirmi beş min beş yüz manat) manat vəsait ayrılıb.

Mənbə:AzEuroNews.com
Geri qayıt