Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Ali Məhkəmədə baxılan inzibati işlərin əksəriyyəti ƏƏSMN-lə bağlıdır
Ali Məhkəmədə baxılan inzibati işlərin əksəriyyəti ƏƏSMN-lə bağlıdır26-02-2021, 18:41 |
Ali Məhkəmənin İnzibati Kollegiyasında 2020-ci il ərzində baxılmış işlərin aid olduğu inzibati orqanlar üzrə bölgüsüsü açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib. Bölgüyə əsasən, mərkəzi icra hakimiyyəti və digər inzibati orqanları üzrə 535 iş (23,9%), bələdiyyələr və yerli icra hakiyyəti oraqnları üzrə 223 iş (10%), vergi xidməti üzrə 154 iş (6,9%), Əmlak Məsələləri Dövlət Komitəsi 302 iş (13,5%) olub. Ən çox iş isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olub: 1022 iş. 2020-ci il ərzində bu qurumun iştirak etdiyi işlərin sayı azalaraq bütövlükdə baxılmış işlərin 45,7%-ni təşkil edib. Yəni, bütövlükdə 2236 işə baxılıb, bunlardan 1022-si ƏƏSMN-in tərəf kimi iştirak etdiyi işlər olub. Geri qayıt |