Əsas Səhifə > Dünya / Maraqlı > Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir

Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir


25-02-2021, 08:46

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.

Nazirlikdən bildirilib ki, Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 85 ölkədən olan şirkətlər öz məhsullarını təqdim edir.

Azərbaycanın 15 şirkətinin istehsal etdiyi pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı məmulatları, un məmulatları, çay, mürəbbə və digər məhsullar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycan şirkətləri yağ, çay, mineral sular və s. məhsulların Qırğızıstan, Özbəkistan, İraq, Yəmən, Liviya, BƏƏ və digər ölkələrə ixracına dair danışıqlar aparırlar.

Artıq Azerbaijan “Fish Farm”, “Şirin”, “Ləzzət Biskvit Fabriki”, “Ulduz Şokolad Fabriki” şirkətləri ilə BƏƏ şirkətləri arasında məhsul ixracına dair ilkin razılıq əldə olunub.

Sərgi fevralın 25-dək davam edəcək.


Şəffaflıq.az
Geri qayıt