Əsas Səhifə > SİYASƏT / REGİON > Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub22-02-2021, 08:46 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında teıefon danışığı olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyası məlumat yayıb. Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsinə dair iradəni müdafiə etdiyini bildirib. O, ABŞ-ın yeni rəhbərliyinin İrana qarşı birtərəfli sanksiyalarının aradan qaldırılması ilə bağlı istəyini ifadə edərək, son günlər bu mövzu ilə bağlı açıqlamaların problemin həlli ilə bağlı yeni imkanlar yaratdığını bildirib. Geri qayıt |