Əsas Səhifə > SİYASƏT / Dünya > Fransa prezidenti NATO-nu “artıq mövcud olmayan təşkilat” sayır

Fransa prezidenti NATO-nu “artıq mövcud olmayan təşkilat” sayır


21-02-2021, 22:23

 

Fransa prezidenti Emmanuel Makron artıq NATO ilə mücadilə olunmasını mənasız saydığını bildirib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, fransız lider artıq bu təşkilatın aktual olmadığını qeyd edib.

Fransa dövlət başçısının sözlərinə görə, Şimali Atlantika Alyansı vaxtilə SSRİ ətrafında qurulan və hazırda mövcud olmayan Varşava müqaviləsi təşkilatına qarşı dayanmaq üçün yaradılıb.

“Bəzən biz artıq omayan bir ideologiya və ya təşkilatla savaşmağa davam edirik. Bu isə Avropanın özünün bölünməsinə gətirib çıxarır”,-deyə Emmanuel Makron “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Bundan başqa, prezident Makron BMT Təhlükəsizlik Şurasının da fəaliyyətini tənqid edib. Onun fikrincə, bu qurum iri bölgəsəl münaqişələrin həlli vasitəsi kimi sıradan çıxıb. Məsələn, Şura ABŞ və Çin arasındakı gərginliyi önləyə bilərdi, lakin Markona görə, Çin Xalq Respublikası çətin ki bununla razılaşsın.

Xatırladaq ki, iki il bundan öncə Fransa prezidenti NATO-nun “beyin ölümü” keçirdiyini söyləmiş, bu da ABŞ-ın keçmiş prezidenti Donald Trampın qəzəbinə səbəb olmuşdu.

Donald Tramp fransızları nankorluqda suçalayaraq “əgər biz olmasaydıq, indi onlar alman dilində danışırdılar”,-deyə cümlə sərf etmişdi.

Geri qayıt