Əsas Səhifə > SAĞLAMLIQ > Yüksək qan təzyiqindən əziyyət çəkənlər bu yazını oxusun

Yüksək qan təzyiqindən əziyyət çəkənlər bu yazını oxusun


21-02-2021, 16:41

 

Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə görə, normal arterial təzyiq insanın yaşından asılı olmayaraq 120/80 mm.c.st təşkil edir.

Əgər təzyiqiniz hətta nadir hallarda bu rəqəmlərdən yuxarı qalxırsa, qidalanmanız və həyat tərzinizdə müəyyən dəyişikliklər etmək lazımdır. İlk növbədə mütəxəssislər artıq çəkidən azad olmağı və fiziki hərəkətliliyini artırmağı tövsiyə edir.

Bundan əlavə alimlər qidalanmada bəzi faydalı məhsulların artırılmasını məsləhət görür.

Şəffaflıq.az saglamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir.

1. Hipertoniyanın riskini azaltmaq üçün qabıqda bişirilmiş kartof yemək lazımdır. Kalium və maqneziumla zəngin olduğundan kartof ürək-damar sistemi üçün ən faydalı məhsullardan biridir. Kartof təzyiqi normada saxlamağa kömək edir.

2. Mütəxəssislər sübut edir ki, süd məhsullarının gündəlik istehlakı yüksək təzyiqin və hiperoniyanın riskini 11% azaldır.

3. Avstraliyada aparılmış araşdırma göstərib ki, təbii kakao tərkibində olan flavonoidlər sayəsində damarların vəziyətini yaxşılaşdırır və bununla da təzyiqi tənzimləməyə yardım edir.

4. Banan duzun orqanizmə olan ziyanlı təsirini azaldır, ürək və damarların sağlamlığını qoruyur.

5. Son araşdırmalar göstərir ki, paxlalı bitkilər (noxud, mərci, lobya) damarların vəziyyətinə çox müsbət təsir edir, xolesterini və arterial təzyiqi aşağı salır.

Geri qayıt