Əsas Səhifə > Gündəm / Dünya > Alimlər koronavirusun immunitet müddətini hesablayıblar

Alimlər koronavirusun immunitet müddətini hesablayıblar


21-02-2021, 13:24

 

Avstriya İnsbruk Universitetinin alimləri koronavirusa qarşı immunitet müddətini hesablayıblar.


Şəffaflıq.az Euronews-a istinadən xəbər verir ki, ötən il fevral ayında Avropada əsas yoluxma mənbəyi olan İşqil kurortunda araşdırma aparılıb.İştirak etmiş şəxslərin 90 faizində anticisimlərin saxlandığı, 70 faizində isə hüceyrə səviyyəsində immunitet aktivliyinin qorunduğu üzə çıxıb.

Alimlərin fikrinə görə, kollektiv immunitet artıq yaxın gələcəkdə yaranacaq. Lakin İnsbruk Virusologiya İnstitututunun direktoru fon Laer qeyd edib ki, bunun üçün epidemioloji tədbirlərə əməl edilməlidir. “Sosial məsafə qorunmaqla, əhalinin 40 faizi vaksinasiya edildikdən sonra normal həyata dönmək lazımdır.Bunu geniş miqyasda tətbiq etmək vacibdi”.

Geri qayıt