Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Prezidentdən SƏRƏNCAM-Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək.

Prezidentdən SƏRƏNCAM-Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək.


4-05-2019, 18:24

 Prezident İlham Əliyev "I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında" sərəncam imzalayıb.
Şəffaflıq.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Geri qayıt