Əsas Səhifə > Gündəm / Dünya > G7 ölkələri koronavirusla birgə mübarizə aparmaq qərarına gəldilər

G7 ölkələri koronavirusla birgə mübarizə aparmaq qərarına gəldilər


20-02-2021, 08:47

 

Dünyanın ən böyük yeddi iqtisadiyyatının formalaşdırdığı G7 ölkələrinin liderləri koronavirusla mübarizədə əməkdaşlıqlarını genişləndirmək qərarına gəliblər.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar İngiltərənin Baş naziri Boris Consonun liderliyindəki videokonfransda qəbul olunub.


Almaniya, ABŞ, Fransa, İngiltərə, İtaliya, Yaponiya, Kanada və Avropa İttifaqı liderlərinin bir araya gəldiyi zirvədə pandemiyadan sonra iqtisadiyyatların yenidən inşası və inkişaf etməkdə olan ölkələrə vaksin çatdırılması məsələləri müzakirə edilib.

Zirvə görüşünün nəticəsi olaraq koronavirusa qalib gəlmək və iqtisadiyyatı daha yaxşı şəkildə yenidən dirçəltmək üçün birgə əməkdaşlığın zəruriliyi dilə gətirilib.

G7 ölkələri 2021-ci ili çoxtərəflilik üçün bir dönüş nöqtəsinə çevirmək, həm öz xalqları, həm də dünyanın sağlamlığı və rifahını təşviq etməyə çalışacaqlarını bildiriblər.

Geri qayıt