Əsas Səhifə > Gündəm > Kamran Əliyev: “Vəzifəli şəxslərlə bağlı yayılan məlumatlar araşdırılır”

Kamran Əliyev: “Vəzifəli şəxslərlə bağlı yayılan məlumatlar araşdırılır”


19-02-2021, 19:53

 

Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulamaq lazımdır. Eyni zamanda korrupsiyaya qarşı mübarizədə mətbuatın da rolu böyükdür.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, mətbuatda müxtəlif vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına yol verilməsi barədə yayımlanan məlumatlar araşdırılır və həmin məlumatlar öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görülür:

“Həmçinin vətəndaşlarla ünsiyyətin yeni formatı olan Baş Prokurorluğun rəsmi sosial media hesablarında keçirilən #sualcavab sessiyaları zamanı korrupsiya hüquq pozmaları barədə məlumatlar da daxil olmaqla qəbul edilən çoxsaylı müraciətlərə baxılır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tam, obyektiv və hərtəfərli araşdırmanın aparılması təmin olunur.

Bununla yanaşı, korrupsiya şəbəkələrinin aşkarlanması barədə məlumatların ictimailəşdirilməsi, cinayətin cəzasız qalmadığının cəmiyyətə çatdırılması müəyyən mənada şəxsləri cinayət törətməkdən çəkindirir”.

Geri qayıt