Əsas Səhifə > Gündəm / Dünya > Britaniyada son sutkada 12 mindən çox insanda COVID aşkarlanıb

Britaniyada son sutkada 12 mindən çox insanda COVID aşkarlanıb


18-02-2021, 23:20

 

Böyük Britaniyada son sutka ərzində 12 057 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 083 242 nəfərə çatıb.

Şəffaflıq.az Britaniya mətbuatına istinadən məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 454 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 119 387 nəfərə çatıb.

Geri qayıt