Əsas Səhifə > Gündəm / Dünya > İtaliyada daha 347 nəfər koronavirusdan ölüb
İtaliyada daha 347 nəfər koronavirusdan ölüb18-02-2021, 23:18 |
İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 762 nəfərin yoluxduğu təsdiqlənib. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 347 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 94 887 nəfərə çatıb. Ölkədə hazırda 384 501 aktiv koronavirus xəstəsi var, onlardan 2045-i ağır vəziyyətdədir. Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 765 412 nəfərdən 2 286 024 nəfər (son sutkada 17 771 nəfər) sağalıb. Geri qayıt |