Əsas Səhifə > SİYASƏT / REGİON > Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı


18-02-2021, 07:28

 

Gürcüstanda 10-cu çağırış parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb.

Şəffaflıq.az Apsny.ge-yə istinadən xəbər verir ki, qrupa 36 millət vəkili daxildir.

“Dostluq qrupları haqqında” qərar layihəsində bildirilir ki, ona vitse-spiker Kaxaber Kuçava sədrlik edəcək.

Qrupun tərkibinə millət vəkilləri, etnik azərbaycanlılar Zaur Darğalı və Savalan Mirzəyev də daxildir.

Parlament artıq qərar layihəsinin müddəalarını plenar iclaslarda müzakirə etməyə başlayıb.

Azərbaycanla dostluq qrupu əvvəlki parlamentdə də mövcud olub. Qrup Kaxaber Kuçavanın rəhbərliyində, 62 deputatla təmsil edilib.

Geri qayıt