Əsas Səhifə > Dünya / Maraqlı > Misir prezidenti əhalini ikidən artıq övlad dünyaya gətirməməyə çağırıb
Misir prezidenti əhalini ikidən artıq övlad dünyaya gətirməməyə çağırıb17-02-2021, 22:01 |
Misir Prezidenti Əbdülfəttah əs-Sisi əhali sayının artması və sürətli artım problemindən danışıb. Şəffaflıq.az bildirir ki, bu barədə “Al-Ahram” xəbər yayıb. Misirdə 100 milyondan çox insan yaşayır; ölkədə hər il 2 milyon uşaq dünyaya gəlir. “Hər ailədə ikidən çox uşağın olması böyük problemdir. Əhalinin sürətli artımının təhlükəli olduğunu hər kəsə çatdırmaq lazımdır”, - deyə Misir başçısı bildirib. Doğum nisbətinə ciddi məhdudiyyətlər qoymaq planlaşdırılmır, ancaq əhali artımı mövcud resurslara uyğun olmalıdır. “Əhalinin artması məsələsi nəzarət altına alınmayana qədər insanlar yaşayış şərtlərində heç bir irəliləyiş hiss etməyəcəklər”, - deyə əs-Sisi xəbərdar edib. Geri qayıt |