Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanın dövlət büdcəsində 1 mlrd. manatdan çox profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində 1 mlrd. manatdan çox profisit yaranıb


17-02-2021, 21:55

 

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 320,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,4% çoxdur.


Şəffaflıq.az "APA-Economics"-ə istinadən məlumat verir ki, dövlət büdcəsinin xərcləri isə 1 231,9 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 12,2% azdır.

Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti 1 088,7 mln. manat və ya ÜDM-in 17,4%-ni təşkil edib.

Geri qayıt