"Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələrinə görə, görünür ki, istehlakçıların şikayətlərində həqiqət var. Yəni burada keyfiyyətdə problemlər mövcuddur".
"APA-Economics"in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, monitorinqlər 36 yanacaqdoldurma məntəqəsində aparılıb və onların böyük əksəriyyətində kənarlaşmalar müşayiət olunub: "Biz bu materialları təhlil edirik və bununla əlaqədar olaraq lazım olan nəzarət-tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar olaraq tədbirlər planı hazırlanıb ki, qısa müddətdə bu təbirlər planı açıqlanacaq".