Əsas Səhifə > SİYASƏT / Dünya > “NATO Rusiya ilə həm qarşıdurmaya, həm də əməkdaşlığa hazırdır”

“NATO Rusiya ilə həm qarşıdurmaya, həm də əməkdaşlığa hazırdır”


17-02-2021, 09:17

 

NATO Baş katibi Yens Stoltenberq ittifaqın Rusiya ilə münasibətlərdə fərqli variantları nəzərdən keçirdiyini açıqlayıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat verib.

“Əgər onlar qarşıdurma istəsələr, biz hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, məmnun qalarıq”,- deyə Stoltenberq qeyd edib.

Stoltenberq silahlanma yarışının yenidən başlaması riski səbəbindən Moskva ilə münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib. Buna baxmayaraq, Stoltenberq hesab edir ki, Moskva ilə dialoq güc və sərtlik mövqeyindən aparılmalıdır.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova NATO-nun həm sanksiya mexanizmlərindən, həm də siyasi təxribatlardan istifadə edərək, siyasi və iqtisadi məhdudlaşdırma məqsədi ilə Rusiyanın daxili işlərinə açıq şəkildə müdaxilə etdiyini bildirmişdi.

Geri qayıt