Əsas Səhifə > Dünya > Tramp susqunluq dövrünə son qoyacağını bildirir

Tramp susqunluq dövrünə son qoyacağını bildirir


17-02-2021, 09:06

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən mətbuatla əlaqələrini bərpa etməyi fikirləşir.

Şəffaflıq.az bildirir ki, bu barədə “Associated Press” D.Trampa yaxın mənbələrə istinadən məlumat yayıb.

“Dostları və müttəfiqləri gözləyirlər ki, D.Tramp bir neçə həftəlik susqunluqdan sonra mətbuata müsahibə verməyi bərpa edəcək”, - deyə məlumatda deyilir.

Qeyd olunur ki, D.Tramp prezident postunu tərk etdikdən həyatının növbəti vacib mərhələsinə hazırlaşır və öz hakimiyyətini bərpa etmək yollarını axtarır.

Geri qayıt