Əsas Səhifə > Gündəm / SİYASƏT > Vüqar Səfərli YAP-dan çıxarıldı
Vüqar Səfərli YAP-dan çıxarıldı15-02-2021, 21:57 |
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. Şəffaflıq.az “unikal.org”a istinadən xəbər verir ki, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb. Qeyd edək ki, V.Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qəti imkan tədbiri seçilib. Geri qayıt |