Əsas Səhifə > Dünya > ABŞ administrasiyası Quantanamo həbsxanasını bağlamağı düşünür

ABŞ administrasiyası Quantanamo həbsxanasını bağlamağı düşünür


13-02-2021, 10:24

 

Ağ Evin mətbuat katibi Cen Psaki hazırkı ABŞ administrasiyasının Kubada yerləşən Quantanamo bazasındakı xüsusi həbsxananı bağlamaqla bağlı öhdəliyini təsdiqləyib, ancaq məsələnin müxtəlif qurumlar tərəfindən də müzakirəsi davam etdirilir.


Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, brifinq zamanı bildirib.

“Bu, mütləq məqsədimiz və niyyətimizdir. Biz hələ də məsələnin öyrənilməsi prosesindəyik, qurumlararası qarşılıqlı əlaqə çərçivəsində bunun necə işlənməli olduğunu araşdırırıq. Bu addımların müzakirəsində bir çox qurum iştirak edir”, - deyə Psaki qeyd edib.

Qeyd edək ki, “Reuters”in bundan bir qədər əvvəl iki mənbəyə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden administrasiyası Quantanamo bazasındakı xüsusi həbsxananın gələcəyi barədə düşünür və onun taleyi ilə bağlı rəsmi sənəd yaxın həftələrdə və ya aylarda imzalana bilər.

Xatırladaq ki, 2017-ci ilin yanvarında ABŞ-ın 45-ci prezidenti Donald Tramp öz sələfi Barak Obama tərəfindən imzalanmış və həbsxananın bağlanılmasını nəzərdə tutan fərmanı ləğv etmişdi.

Geri qayıt